Hotellərdə Yeni ili qeyd etmək neçəyədir? – SİYAHI, QİYMƏTLƏR
Azərbaycanda fəaliyyət göstərən hotellər yeni ildə qonaqlarını qarşılamağa hazırlaşırlar.
"BI" xəbər verir ki, artıq bir çox məkanlar Yeni il gecəsinin qiymətlərini də açıqlayıb. Hazırladığımız siyahıdan məlum olur ki, bayramı ən aşağı xərclə qeyd edəcəyiniz məkan “Macara Lakepark Quba”dır. Burada 1 nəfərin 1 gecə, 2 gün qalması, eləcə də qala gecədə iştirakı ilə 100 manata başa gələcək.
Bayramın ən baha başa gəldiyi hotel isə “Pik Palace Qusar”dır. Qiymətlər təqdim edilən menyu və xidmətlərə görə dəyişir.
Daha ətraflı cədvəldən öyrənə bilərsiz.
Otel |
Minimum qiymət (1nəfərlik) |
Nə daxildir |
Müddət |
Shamakhı Palace Sharadil |
640 AZN |
Qala gecəsi, 1 yanvar açıq bufet, fitness&spa |
2 gecə - 3 gün |
Qafqaz Riverside Qəbələ |
508 AZN |
Qala gecəsi, səhər yeməyi, fitness&spa |
2 gecə - 3 gün |
Qalaaltı Hotel & SPA |
490 AZN |
Qala gecəsi, tam qidalanma, fitnes&spa |
2 gecə - 3 gün |
Qafqaz Sport Hotel Qəbələ |
418 AZN |
Qala gecəsi, səhər yeməyi, fitness&spa |
2 gecə - 3 gün |
Cənnət Bağı Altıağac |
309 AZN |
Qala gecəsi, səhər və şam yeməkləri, fitness&spa |
2 gecə - 3 gün |
Qafqaz Resort Qəbələ |
408 AZN |
Qala gecəsi, səhər yeməyi, fitness&spa |
2 gecə - 3 gün |
Ağsaray Deluxe Mingəçevir |
220 AZN |
Qala gecəsi, səhər yeməyi, fitness&spa |
1 gecə - 2 gün |
Qafqaz Karvansaray Qəbələ |
383 AZN |
Qala gecəsi, səhər yeməyi, fitness&spa |
2 gecə - 3 gün |
Cənnət Bağı Quba |
329 AZN |
Qala gecəsi, 2 səhər yeməyi, 2 nahar yeməyi, 1 şam yeməyi, fitness&spa |
2 gecə - 3 gün |
Ladura Resort Quba |
400 AZN |
Qala gecəsi, tam qidalanma |
2 gecə - 3 gün |
Pik Palace Qusar
|
1625 AZN |
Qala gecəsi, səhər yeməyi, fitness&spa |
2 gecə - 3 gün |
Macara Lakepark Quba |
100 AZN |
Qala gecəsi, səhər yeməyi |
1 gecə - 2 gün |
Garabag Resort Naftalan |
700 AZN |
Qala gecəsi, tam qidalanma |
2 gecə - 3 gün |
Qeyd edək ki, bəzi paketlərin qiymətləri dekabrın 1-nədək etibarlıdır.