Karantin qaydalarına əməl etməyən vəzifəli şəxs İŞDƏN ÇIXARILDI
Bərdə rayon müalicə diaqnostika mərkəzinin direktoru (baş həkimi) tutduğu vəzifədən azad edilib
ENA.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Eləcə də bax: İcra başçısı iki şöbə müdirini İŞDƏN ÇIXARDI
Belə ki, Həsən Fərman oğlu Hüseynov direktor vəzifəsindən azad edilib. H.Hüseynovun yerinə hələ ki, təyinat olmayıb.
Qeyd edək ki, onun işdən çıxarılmasına səbəb karantin qaydalarına əməl etməməsi olub. Diaqnostika mərkəzində bir neçə tibb işçisi COVID-19-a yoluxub.