TURİZM

Rusiya xarici ölkələrə uçuşları bərpa edə bilər

Rusiya koronavirus pandemiyası fonunda tətbiq edilən məhdudiyyətlər səbəbi ilə dayandırılan beynəlxalq hava rabitəsini ilk olaraq 8 MDB ölkəsi, o cümlədən Azərbaycan ilə iyulun 15-də bərpa edəcək.

Bu barədə Rusiya Turoperatorları Assosiasiyası məlumat yayıb.

Bildirilib ki, bundan sonra avqustun 1-dən etibarən Avropa, Yaxın Şərq və Cənub-Şərqi Asiyanın 7 ölkəsinə uçuşlar bərpa ediləcək. Həmçinin payızdan Gürcüstan və Misirə reyslərin bərpası ehtimalı da müzakirə olunur.

Qeyd edək ki, Rusiya martın 27-dən koronavirus pandemiyası səbəbilə digər ölkələrlə müntəzəm və çarter reyslərini dayandırıb. Rusiyalıların xaricdən qayıtması üçün təşkil edilən uçuşlar və hökumət adından edilən müəyyən uçuşlar istisna təşkil edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)