“Akkord” 4 milyon manata İcra Hakimiyyətinin yeni inzibati binasını tikəcək
Şəki Şəhər İcra Hakimiyyəti “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə 4 milyon manatlıq müqavilə imzalayıb.
ENA.az xəbər verir ki, müqavilədə Şəki Şəhər İcra Hakimiyyətinin yeni inzibati binasının tikintisi nəzərdə tutulub.
Müqavilənin ümumi məbləği 3 milyon 624 min 820 manatdır.
İşlərin başlanma vaxtı 05.06.2020-ci il tarixi, bitmə vaxtı isə 31.12.2020-ci tarixi göstərilir.
Onu da qeyd edək ki, tikinti sektorunun şirkətlərdən biri olan “Akkord” Korporasiyası infrastruktur layihələrinin, ictimai obyektlərin tikintisi, inşaat materiallarının istehsalı üzrə ixtisaslaşmışdır.
Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 2006-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 75 594 365 manatdır və qanuni təmsilçisi Bürhan Həmidovdur. Dərya Vəliyev isə şirkətin Müşahidə Şurasının sədridir.