ÜST: "Bayram etmək zamanı deyil, hazırlıq görün" - İKİNCİ DALĞANIN TARİXİ AÇIQLANDI
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə direktoru, Avropada koronavirus ilə bağlı (Kovid-19) müsbət tendensiyanı şərh edən Hans Kluge bu ölkələrin rahatlaşmamasını məsləhət görüb və sentyabrda ikinci dalğa olacağını bildirib.
ENA.az xəbər verir ki, onlayn brifinqdə danışan Hans Kluge deyib:
"Bayram etmək zamanı deyil, hazırlıq görmək zamanıdır. Payıza hazırlaşmalıyıq".
İkinci dalğanın sentyabr ayında başlaya biləcəyini vurğulayan Kluge, xəstəliyin mövsümi qriplə birlikdə yayıla biləcəyini bildirib.
"Çox dağıdıcı ola bilər"
Dünənki açıqlamasında Kluge, "Kovid infeksiyasının yenidən yüksəlməsi kimi açıq bir təhlükə var, dayandırılmasa, ikinci bir dalğa gələ bilər və çox dağıdıcı ola bilər", - deyib.