BİZNES

Xidməti müqavilə ilə bağlı məsələ aydınlaşdı

Azərbaycanda «Sosial sığorta haqqında» qanuna gözlənilən dəyişiklik və bununla əlaqədar olaraq sahibkarların sosial sığorta ödənişləri ilə bağlı məsələyə aydınlıq gətirilib. 

"BI" xəbər verir ki, Vergilər Nazirliyi qanuna dəyişikliklə bağlı ən maraqlı məqamı – mülki-hüquqi xarakterli müqavilələrin (o cümlədən xidməti müqavilə ilə) işləyən şəxslərin sığorta ödənişləri məsələsini dəşişləşdirib.

Eləcə də bax: Aksizsiz mallara 40%-dək sanksiyalar gəlir

Nazirlikdən əldə etdiyimiz məlumata görə, əgər xidməti göstərən şəxs VÖEN-i olan fərdi sahibkarlıq subyekti olacaqsa, sığorta ödənişi minimum əmək haqqının 25%-i qədər, yəni hazırda qüvvədə olan mimimum maaş hesabı ilə 32,5 manat olacaq. Başqa sözlə, bu günə qədər ödənilən 26 manat məbləği 32,5 manata yüksələcək.

Bundan başqa, indiyədək qüvvədə olan qanunda sosial sığorta ödənişləri ilə bağlı regtonlar arasında fərqlər vardı, amma gələn ildən bu fərq aradan qaldırılır, yəni harada işləməsindən asılı olmayaraq xidməti müqavilə ilə çalışanlar eyni məbləğdə sosial sığorta haqqı ödəyəcəklər.

Tikinti və ticarət sahəsində çalışanlar üzrə isə sosial sığorta haqqı olduğu kimi qalacaq – 65 manat. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)