Sənaye

"Dünya enerji sənayesi böyük bir şok yaşayır"

Dünya enerji sənayesi böyük bir şok yaşayır.

Xarici KİV-lər xəbər verir ki, bu sözləri Beynəlxalq Enerji Agentliyinin (IEA) icraçı direktoru Fatih Birol deyib.

F.Birol qeyd edib: “Dünyada enerji sektoru investisiya baxımından böyük bir sarsıntı ilə üzləşib. Qlobal miqyasda enerji sərmayələri cari ildə keçən ilə nisbətən 20 faiz, yəni 400 milyard dollar azalacaq. Keçən ildən bəri dünya enerji büdcəsində 400 milyard dollarlıq azalma olub. Bu, tarixdə baş verməmiş hadisədir. Ən böyük “zərbə”ni isə neft və təbii qaz sənayesi alıb. Dünya enerji sənayesi investisiya baxımından böyük bir şoka məruz qalıb”.

Avropada təbii qazın qiymətində böyük azalma olduğunu deyən F.Birol bildirib: “Təbii qazın qiyməti 1 dollardan da aşağı düşüb. Avropada təbii qazın qiymətinin minimuma enməsi vəziyyəti ilə qarşı-qarşıyayıq. Çünki qitədə təbii qaz anbarları tamamilə dolub”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)