Sosial iqtisadiyyat

İmtahan verəcək şagirdlərə XƏBƏRDARLIQ

“İmtahana giriş zamanı hər bir insanın temperaturu yoxlanacaq”.

ENA.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, abituriyentlər düşünməsinlər ki, maskada gəlirlərsə, telefon keçirə bilərlər:

“Bu, mümkün olmayacaq. Çünki hər bir abituriyent yoxlanacaq. Abituriyentlər müxtəlif vaxtlarda dəvət olunacaq. 40 abituriyentdən sonra digər abituriyentlər imtahana buraxılacaq. 

Biz istəməzdik ki, imtahan binalarının qabağında insanlar toplaşsın. Onlara deyilən vaxtda gəlmələri kifayətdir”.

Sədr qeyd edib ki, imtahanda iştirak edən şəxs qaydalara riayət etməlidir.

İyun ayı ərzində 190 min insan imtahanlarda iştirak etməlidir:

“Onların 94 min nəfəri 11-ci sinif məzunudurlar və onlar buraxılış imtahanı verirlər. Eyni zamanda, 96 min nəfər doqquzuncu sinif məzunu imtahan verməlidir”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)