Elm və Texnologiya

“WhatsApp”a yeni funksiya gəlir

“WhatsApp”ın iOS əməliyyat sistemləri üçün beta-versiyaya QR-kodların tanınması funksiyası əlavə edilib. ENA.az xəbər verir ki, bu barədə “Wabetainfo” yazır. Qeyd edildiyi kimi, bu yenilik tezlikdə Android cihazları üçün də əlçatan olacaq.

Portalın verdiyi məlumata görə, messencer istifadəçiləri telefon nömrəsinin şifrələnəcəyi şəxsi kodu paylaşa biləcəklər. Belə bir kombinasiya aldıqdan sonra smartfonun kamerası vasitəsilə QR-kodu skan etmək lazımdır. Bu, nömrəni daha tez yaddaşda saxlamağa imkan verəcək.

Şifrəli məlumatlar səhv ünvana göndərildiyi təqdirdə, QR-kodunu silmək və yenisini yaratmaq mümkün olacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)