ENA+

Heç nəyə nail ola bilməyəcəyinizin 4 SƏBƏB

Bu və ya digər şəxsin nə qədər istedadlı olmasından asılı olmayaraq, bu onun yüksək peşəkarlıq səviyyəsində ifadə tapacağına heç nə zəmanət vermir. İnsanın potensialına dair araşdırmalar göstərir ki, insanın emosional quruluşunu, üstünlüklərini və xarakterini nəzərə almadan peşəkarlığı tam şəkildə anlamaq mümkün deyil. Nə qədər ağıllı, təcrübəli və ya məlumatlı olmağınızdan asılı olmayaraq, nə edə biləcəyinizlə nə etdiyiniz arasında fərq var. 

Məhz buna görə tez-tez istedadlı kadrların axtarışı nəticə vermir: bütün diqqətini namizədin potensialı üzərində cəmləşdirməklə (onun maksimum motivasiya ilə əldə etdiyi nailiyyətlər) işəgötürənlər unudurlar ki, onların əsas məqsədi gələcək işçinin bu və ya digər vəzifədə necə işləyəcəyini qiymətləndirməkdir. Belə ki, beş il işlədikdən sonra o, xarakterini və vərdişlərini tamamilə fərqli nümayiş etdirə bilər. Bir sözlə, ilk təəssürata aldanmayın. 

Əgər tam güclə işləmədiyinizi düşünürsünüzsə, çox güman ki, haqlısınız: çox az adam uzum müddət ərzində motivasiyanı qoruyub saxlaya bilir. Üstəlik, kifayət qədər səmərəli işlədiyinizi düşünsəniz də, yəqin ki, yanılırsınız: insanlar öz bilik və bacarıqlarını obyektiv qiymətləndirə bilmirlər. Ən yaxşı işçilər əməyinə təndiqi yanaşmağa meyllidirlər, zəif çalışanlar isə şirkətin inkişafına inanılmaz töhfə verdiklərinə əmindirlər. Gördündüyü kimi, istedadın əsas əlaməti özünüdərkdir. 

Həqiqət budur ki, insanların çoxu altı ay sonra motivasiyanı itirirlər və bunun bir çox səbəbi ola bilər:

  1. Maraq və iştirakın olmaması. Bu və ya digər işçinin vəzifəyə uyğun olmamasını gösətərən əsas amillərdən biri də budur – maraq və iştirak səviyyəsinin çox aşağı olması. Lakin qeyd etmək lazımdır ki, ofislər üçün xarakterik olan həvəs və motivasiyanın olmamasının arxasında bir çox səbəb dayanır. Bəlkə də bunlardan ən çox yayılanı rəhbərliyin pis olmasıdır. 

Bu problemin asan həlli yoxdur. Sizin müdirinizi sizi ruhlandıran və inkişaf etdirən, obyektiv və konstruktiv rəy verəcək birinə dəyişdirmək imkanınız yoxdur. Maraq və səmərəliyi artırmağın bir neçə sübut olunmuş yolu var. Məsələn, yeni bir şey öyrənməyə vaxt ayıra bilərsiniz. Bundan əlavə, məhkarlarınız ilə yaxşı münasibətlər sizə motivasiyanı gücləndirməyə kömək edəcək. 

  1. Ofis siyasəti. Bu gün şirkətlər keçmiş dövr ilə müqayisədə işçilərinə qarşı daha ədalətlidirlər, lakin buna baxmayaraq təkmilləşdirilməsi zəruri olan boşluqlar hələdə var. Bütün rəhbərlər istedadlı  və çalışqan işçilər üçün maqnit olduğunu düşünməyi sevirlər, amma reallıq budur ki, hətta ən yüksək ixtisaslı işçilər belə korporativ mədəniyyət və ofis siyasətinin “toksik” tərəfləri ilə qarşılaşırlar. 

Təəccüblü deyil ki, karyera və menecment kouçinqi sosial bacarıqların artırılmasına vurğu edir, ofisdəki siyasi mühit isə ümumiyyətlə nəzərə alınmır (bəzən təşviq edilir). Bir sözlə, təşkilatın korporativ mədəniyyəti nə qədər çox “toksiki” olsa, parazit-işçilər bir o qədər çox uğur qazanırlar. Bunu ayrı-ayrı işçilərin karyera uğurları ilə səmərəliliyi arasındakı uyğunsuzluq aydın görünən bir çox şirkətdə tapmaq olar.

Belə bir mühitdə uğur qazanmaq üçün ofis oyunlarını başa düşmək və onların iştirakçısına çevrilmək tələb olunur. Nə qədər çox istedadlısınızsa, bir o qədər çox rəqibiniz olacaq. Əgər ofis siyasətində iştirak etmək istəmirsinizsə, ən yaxşı çıxış yolu iş yerini dəyişməkdir. 

  1. Şəxsi problemlər. Müasir dövrdə iş ritmi o qədər yüksəkdir ki, insanların şəxsi həyata sahib olmasını unutmaq asandır. İşçiləriniz nə qədər istedadlı və həvəsli olsalar da, şəxsi həyatda olan çətinliklər istər-istəməz karyeraya da təsir edəcəkdir. Buna görə, həyat və iş arasındakı sərhədlər tez-tez müzakirə olunur. Yaxşı rəhbərlər sizin həyatdakı problemlərinizi başa düşməkdə və sizə kömək etməkdə maraqlıdırlar, çünki yalnız bu halda şirkətə maksimum fayda gətirə bilərsiniz. 

Bir sözlə, istedadın olması zəruridir, lakin uğurlu kareyra qurmağın yeganə şərti deyil. Potensialınızı tam olaraq göstərmək üçün maraqlarınıza və dəyərlərinizə cavab verən işdə işləməlisiniz. 

Müəllif haqqında. Tomas Çamorro-Premuzik (Tomas Chamorro Premuzic) – ManpowerGroup-un mütəxəssisi, Kolumbiya Universitetinin professoru və Harvard Universitetinin Entrepreneurial Finance Lab layihəsinin üzvü.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)