Valyuta hərracı keçirildi - NƏTİCƏ
![](https://ena.az/uploads/news/2020-05/_ena_2b79520e0b42af36e44ca2d15_o.jpg)
Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
ENA.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumatda deyilir ki, ABŞ dollarına tələb mayın 14-nə nisbətən 0,8 milyon ABŞ dolları və yaxud təxminən 1,46% artaraq 55,5 milyon ABŞ dolları təşkil edib. Bununla belə, tələb tam ödənilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.