Marketin içindən pul olan seyf oğurlandı
Bakıda marketdə oğurluq hadisəsi baş verib.
Hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən “Al Market”də qeydə alınıb.
Belə ki, naməlum şəxslər marketdən içərisində 1 100 manat olan seyfi oğurlayıb.
Hadisəni törədən şəxslərin axtarışları davam etdirilir.