Qırğızıstanın enerji sistemi təcrid olunmuş rejimə keçib
Qırğızıstanın enerji sistemi Qazaxıstanın enerji sisteminin şimal və cənub hissələrini birləşdirən yüksəkgərginlikli xətdə baş verən xarici kəsintidən sonra müvəqqəti olaraq təcrid olunmuş rejimdə işləməyə başlayıb.
Bu barədə Qırğızıstanın Energetika Nazirliyi məlumat yayıb.
Hazırda vəziyyət energetika mütəxəssislərinin nəzarəti altındadır. Onlar iş rejiminin sabitləşdirilməsi və elektrik təchizatının normal sxeminin bərpası üçün lazımi tədbirlər görürlər.
Energetika Nazirliyindən qeyd ediblər ki, hazırda istehlakçıların elektrik enerjisi ilə təchizatı fasiləsiz olaraq həyata keçirilir.

















