Müştəri hotel nömrəsindən çıxdıqdan sonra 2 gün oraya heç kəs buraxılmayacaq
Hotel nömrələrindən istifadə edən müştəri hoteldən çıxş etdikdən sonra həmin otağa 48 saat müddətində heç kəs buraxılmayacaq.
Bunu “Pandemiya dövründən sonra daxili turizmin inkişafı və region hotellərinin xüsusi hazırlığı” mövzusunda onlayn müzakirədə ölkənin aparıcı hotellərinin nümayəndələri bildiriblər.
Qeyd edilib ki, artıq vətəndaş hotelə daxil olarkən ilk növbədə xüsusi avadanlıqla onların hərarəti ölçüləcək. Müştəri ilə hotel personalı arasında sosial məsafənin saxlanılması təmin olunacaq. Eyni zamanda, hotel nömrələrindən istifadə edən müştəri hoteldən çıxş etdikdən sonra həmin otağa 48 saat müddətində heç kəs buraxılmayacaq. Yalnız bu müddət başa çatdıqdan sonra nömrə təmizlənib yeni müştərilərin istifadəsinə veriləcək.
Daha bir yenilk isə müştərilərə təqdim olunan səhər yeməklərində açıq bufetlərin ləğv olunması, masalar arasında minimum 2 metr məsafənin saxlanılması və sifarişlərin fərdi şəkildə hotel personalı tərəfindən qəbul olunmasıdır.
Artıq bunun üçün hotellər tərəfindən karantin dövründə işçi personalına xüsusi təlimlər də keçirilib.
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev öz çıxışında karantin dövründən sonra daxili turizmin inkişaf etdirilməsi və vətəndaşlara daha sərfəli turizm xidmətləri göstərmək üçün turizm şirkətləri ilə hotellərin sıx əməkdaşlıq etməsinin vacib olduğunu bildirib.
O, pandemiyadan sonra daxili turizmə marağı artırmaq üçün turizm şirkətlərini və hotelləri yeni təkliflər üzərində işləməyə çağırıb.