İcra başçısı həbs edilən rayonun prokuroru İŞDƏN ÇIXARILDI
Azərbaycanda daha bir rayon prokuroru işdən azad edilib.
ENA.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Ağstafa rayon prokuroru Aslan Surxayev isə tutduğu vəzifədən azad olunub.
Baş Prokurorluğun Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.
Qeyd edək ki, 2019-cu ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev həbs edilib.