Neft bahalaşır - SON QİYMƏT
Dünya birjalarında neftin qiyməti artıb.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,33 ABŞ dolları və ya 1,20% artaraq 27,89 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 0,61 dollar və ya 1,96% artaraq 31,74 dollar təşkil edib.