Çimərlik mövsümü açılacaq? - TƏBİB-dən AÇIQLAMA
"Hazırda çimərliklərin açılması gündəmdə deyil”.
ENA.az xəbər verir ki,, bunu açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, bulvar və digər parkların açılması məsələsi də qarşıdakı həftələrdə müzakirə edilə bilər:
“İdman zalları, çimərliklər, parklar, bulvarın açılması önümüzdəki günlərdə məlum olacaq. Bu, məsələ statistik göstəricilərdən asılıdır. İndidən bir söz deyə bilmərik. Hələ ki bunların açılması gündəmimizdə yoxdur”.