Azərbaycanda 21 bankın öhdəlikləri artıb
Bu il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 9-nun öhdəlikləri illik müqayisədə azalıb.
"BI" xəbər verir ki, bunlar "Turan Bank", "Günay Bank", "Atabank", "Amrah Bank", "Nikoyl Bank", "Rabitəbank", Pakistan Milli Bankının Bakı filialı", "Bank of Baku" və "Bank VTB Azərbaycan"dır. Ən çox azalma "Bank VTB Azərbaycan"da 74,9%), ən az azalma isə "Turan Bank"da (2,4%) qeydə alınıb.
21 bankın öhdəlikləri isə son 1 ildə artıb. Ən çox artım "Express Bank"da (2,1 dəfə), ən az artım isə "Access Bank"da (0,9%) baş verib.