Azərbaycanda maliyyə və əmlak amnistiyası veriləcək
Azərbaycanda uçotun qaydaya salınması, eləcə də qeyri-leqal yolla əldə edilən qazancın ortaya çıxması üçün maliyyə amnistiyası zəruridir. Artıq ölkəmizdə maliyyə, əmlak amnistiyasının veriləcəyi gözlənilir. Bununla bağlı Milli Məclisə sənəd daxil olacaq.
Millət vəkili Ziyad Səmədzadənin sözlərinə görə, qeyri-leqal, gizli yolla qazanılmış xeyli pul var. Onun əfv edilməsi üçün ilk növbədə qanunvericilik lazımdır.
"Milyard dollarla vəsait var ki, onlar qalıb istifadə olunmur, ya da xarici banklardadır. Bunu ölkəyə gətirib, investisiya qoyub, yerli istehsalı inkişaf etdirmək olar. Əgər iqtisadiyyat naziri Mikayıl Cabbarov bununla bağlı məlumat verirsə, demək bu adi məsələ deyil", -deyə Z.Səmədzadə vurğulayıb.
Qeyd edək ki, əmlakın və kapitalın aministiyası qeyri-maliyyə vəsaiti sayəlr və daha çox biznesə investisiyalrın qoyulması formasında təzahür edə bilər.