“Xalq Sığorta” səhmdarlarını iclasa çağırdı
22 iyun 2020-ci il tarixində “Xalq Sığorta” ASC səhmdarlarının ümumi yığıncağının növbədənkənar iclası keçiriləcəkdir.
ENA.az şirkətin elanına istinadən xəbər verir ki, yığıncağın gündəliyinə Aqrar Sığorta Fondunun idarəedici qurumunun nizamnamə kapitalına investisiyanın qoyulması haqqında məsələ daxildir.
Yığıncaq ASC “XALQ” Bankı inzibati binasında keçiriləcək.