Sənaye

Neftin qiyməti 31 dolları keçib

Brent markalı neftin qiyməti 14 apreldən sonra ilk dəfə 31 ABŞ dollarını ötüb.

ENA.az xəbər verir ki, bunu Bakı vaxtı ilə saat 22:39-a olan sövdələşmələrin nəticələri göstərir.

Belə ki, Londondakı ICE birjasında “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 14,26% artaraq bir barelə görə 31,08 ABŞ dollarına bərabər olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department