Aqrar

Azərbaycana xaricdən gətirilən buğdanın az qala 100%-i Qazaxıstandan alınıb

Azərbaycana xaricdən gətirilən yumşaq buğda üzrə pay bölgüsündə Qazaxıstanın payı 100%-ə yaxınlaşıb.

Bu barədə AzStatKom-un məlumatında deyilir.

Ölkəyə 2020-ci ilin yanvar-fevral ayları ərzində 98,15 min tonda çox buğda gətirilib. Bu buğdanın ümumi idxal dəyəri isə 21 milyon 543,6 min ABŞ dolları təşkil edib.

Ölkəmizə idxal olunan yumşaq buğdanın 97,52 min tondan çoxu Qazaxıstandan idxal edilib. Bu da, həmin kod üzrə ölkəyə idxal olunan məhsulda Qazaxıstanın payının 99,355%-ə çatması deməkdir.

Ötən il Rusiya buğdasının idxal payı 15%-ə çatdığı halda, bu il, heç 1% belə təşkil etməyib. Məsələn, 2019-cu il ərzində ölkəmizə 151,93 min tonluq yumşaq buğda ( 323,91 mln. dollar) idxal edib. Bu buğdanın isə 97,52 min tonu (21,39 mln. dolları) Rusiyadan idxal olunmuşdu.

Qeyd edək ki, ümumilikdə son rəqəmlərə görə isə, yanvar-mart aylarında Azərbaycana 165,5 min tonluq buğda idxal olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)