MALİYYƏ

İran valyutasını dəyişdirir – QƏRAR VERİLDİ

İran parlamenti milli valyutanın rialdan tümənə dəyişdirilməsinə qərar verib.

ENA.az xəbər verir ki, bu barədə İran parlamentinin informasiya portalı məlumat yayıb.

Qərara əsasən, 9 iyul 1972-ci ildə İranın pul və maliyyə qanunun 1-ci maddəsində dəyişikliklər aparılıb.

Qərarda bildirilir ki, İranın milli valyutasının adı tüməndir və hər 1 tümən 10 min riala bərabərdir.

Qeyd olunur ki, xarici valyutalar qarşılığında tümənin alqı-satqısı İranın Mərkəzi Bankı tərəfindən müəyyən olunur.və aksimum 3 il ərzində tümən və rialın paralel dövriyyəsi olacaq.

İranın Mərkəzi Bankı maksimum 2 il ərzində bu qanunun icra olunması istiqamətində addımlar atmalıdır.

Qeyd edək ki, İranın Mərkəzi Bankının layihəsinə əsasən, İranın milli valyutasından 4 sıfır atılması nəzərdə tutulub. İranın milli valyutasının adı tümən olacaq, hər 1 tümən hazırkı 10 min rial və 100 qrana (qəpik adı belədir) bərabər olacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)