Brent neftin qiyməti 60 dollardan da aşağı düşdü

Bakı vaxtı ilə 17:43-ə olan məlumata görə, "Brent" markalı neftin qiyməti 4,6% azalaraq 59,34 dollara düşüb.
WTI markalı yüngül neftin qiyməti isə 6,04% azalaraq 51,33 dollar təşkil edib.
"Brent" neftinin bu qiyməti 2017-ci il oktyabrın 27-dən bəri ən aşağı qiymətdir.