Tramp: İranın nüvə enerjisinə ehtiyacı yoxdur

İranın mülki nüvə enerjisi proqramına ehtiyacı yoxdur, çünki ölkənin zəngin neft ehtiyatları var.
Bunu ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib.
"Onların çox nefti var, 300 ildir, insanlar başa düşmürlər, bu, ən zəngin ölkələrdən biridir və təmizdir. Sərhədsiz neft və qaz olanda, mülki nüvə enerjisi nəyə lazımdır? Əgər ən zəngin neft ehtiyatlarından birinə sahibsinizsə, mülki nüvə enerjisi nəyə lazımdır?" - Ağ Evin rəhbəri bildirib.
Tramp əlavə edib ki, o, İranın nüvə silahı yaratmasına icazə verə bilməz.
Onun sözlərinə görə, hazırda tərəflər bu məsələ ilə bağlı razılığa gəlməlidirlər.