BİZNES

Pasha İnvestments şirkəti Türkiyənin məşhur restoran şəbəkəsinə sərmayə qoyur

Türkiyənin məşhur ət restoran şəbəkələrindən Bonfilet-ə yeni şərik cəlb olunur.

Məlumatına görə, Bonfilet Et Sanayi ve Tic. A.Ş-nin bir hissəsi Azərbaycanın Pasha İnvestments şirkətinə satılır.

105 İLLİK KEÇMİŞİ VAR

1910-cu ildə ət işinə girən, Akkoyun ailəsinin şirkəti olan Bonfilet, 1992-ci ildə ilk qablaşdırılmış ət və ət məhsulları istehsalına başlayıb, Bonfilet və Bonet markaları ilə lokal market rəflərində yer almağa başlayıb. Döner ve SteakHouse restoranları da bu şirkətə məxsusdur.

Bonfilet Et Sanayi ve Tic. A.Ş şirkəti satınalma ilə əlaqədar olaraq ölkənin Antiinhisar qurumuna müraciət edib. Həmçinin müraciətdə Azərbaycanın investisiya şirkəti üçün bu şirkəti idarə etməyə icazə istənilib.

Qeyd edək ki, PAŞA İnvestments şirkəti Azərbaycan və regionda ən böyük şirkətlər qruplarından biri olan PAŞA Holding-ə daxildir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)