İcazəsi olanların qeyri-iş günlərində SMS-lə hərəkəti ilə bağlı AÇIQLAMA
Nazirlər Kabinetindən icazəsi olan şəxslərin işdənkənar və qeyri-iş günlərində yaşayış yerini tərk etməsi ilə bağlı məsələyə aydınlıq gətirilib.
NK-nin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov açıqlamasında bildirib ki, fəaliyyətinə icazə verilmiş obyektlərdə insanların işdənkənar da hərəkətlilik səviyyəsi müşahidə olunub:
“Bu qərar sui-istifadə hallarının qarşısını almaq üçün verilib. Belə ki, icazəsi olan şəxslərin işdənkənar hallarda yaşayış yerini tərk etməsi üçün SMS xidmətindən istifadəsinin zəruriliyi barədə qərar verilib”.
Qeyd edək ki, xüsusi karantin rejimi elan edilərkən Nazirlər Kabineti tərəfindən işə getmək icazəsi olan qurum əməkdaşlarının mağazaya, aptekə gedən zaman icazə üçün SMS-ə ehtiyac olmadığı qeyd edilmişdi.