Birja

Neftin ucuzlaşmasının səbəbləri

Səudiyyə Ərəbistanının, hasilatının rekord səviyyəyə qalxdığını açıqlaması neft qiymətlərinin növbəti dəfə düşməsinə səbəb olub.

"BI" xəbər verir ki, Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əl-Falih, Səudiyyənin neft hasilatının gündəlik 10.7 milyon barrelin üzərində olduğunu bildirib. Bu da rekord səviyyələrə işarə edir. Digər tərəfdən, ABŞ-da xam neft ehtiyatları ardıcıl 9-cu həftədə də yüksəlib, bu da  2017-ci ilin Mart ayından bəri ən uzunmüddətli trenddir.

Noyabrın 5-də ABŞ-ın bəzi ölkələri İran sanksiyalarından azad etməsi neft qiymətlərinin düşməsinə təkan vermişdir. 8 ölkə İrandan neft almaqda davam edəcək və İranın ixracı tamamilə dayanmayacaqdır.

 

Treyderlər bildirirlər ki, Trampın OPEC və Səudiyyə Ərəbistanına aşağı qiymət üçün təzyiq göstərməyə davam etməsi və ABŞ-da artan ehtiyatlar qiymətlərin düşməsinə səbəb olur. OPEC və tərəfdaşlarının hasilatın azaldılması məsələsində razılığa gəlməsi oyunu dəyişdiriə bilər.
 

Brent neftin qiyməti 1.1% də düşərək 61.68 dolları, Qərbi Texas nefti isə 52.82 dolları görüb. Neft qiymətləri Oktyabr ayının əvvəlindən bəri 30% düşüb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)