Birja

Böhran dövründə ən çox qazanc əldə edən - 7 “HEDGE” FONDU

Dünya bazarındakı vəziyyət qeyri-müəyyəndir. Neft bazarları bu  həftə dərin şok yaşayıb. Bununla əlaqədar olaraq, bir çox “hedge” fondu gəlirlərini itirir. 

Buna baxmayaraq, onlar arasında özünü “yaxşı hiss edən” lər də var. Bu “hedge” fondlar nəinki zərər edib, hətta əhəmiyyətli qazanc əldə edə biliblər. 

Renaissance Technologies

“Renaissance Technologies” – Cem Saymon tərəfindən qurulan “hedge” fondudur. 

14 apreldə verilən hesabata görə “Medallion” un əsas fondunun gəliri 39% təşkil edib. Bundan əlavə, mart ayı ərzində fond 9,9% gəlir əldə etdiyini bildirmişdir. 

Qeyd edək ki, “Medallion” 1988-cı ildən başlayaraq ildə təxminən 39% gəlir əldə edir. Bu fond istiqraz bazarında hərəkətləri proqnozlaşdıran strategiyanın köməyi ilə 2008-ci il maliyyə böhranı zamanı belə qazanc əldə etmişdir. 

Pershing Square

Bill Ekman – milyarder və “Pershing Square” fondunun rəhbəridir. O, koronavirus pandemiyası ilə əlaqəli riskləri olduqca erkən başa düşdü və portfelini vaxtında “hedcləşdirdi”.

Ekman kredit defolt svoplarına 27 milyon dollar xərcləyib. Epidemiya korporativ defoltların artmasına səbəb olduğu dövrdə isə onların qiyməti 2,6 milyard dollara qalxdı. 

2,6 milyard dollarlıq mənfəət itkiləri əvəz edə bildi və Ekmana “Hilton” və Uorren Baffetin ” Berkshire Hathaway” kimi şirkətlərdəki payını dəstəkləməyə imkan verdi. 

Qeyd edək ki, “Pershing” in xalis mənfəəti 11,1% təşkil edib. 

Universa Investments

“Universa Investments” fondu 7 apreldə 4 144% mənfəət əldə etdiyini açıqladı. 

“Universa” – yüksək risklərə, “qara qu quşlar” a və şoklara sərmayə qoyan fondlardan biridir. 

Fondun rəhbəri Nassim Talebdir. O, “Universa” da tədqiqat məsləhətçisi olaraq çalışır. 

Crescat Capital

“Crescat Capital” fondu 20 fevral-20 mart tarixlərində 40,4% və 34,5% mənfəət əldə etmişdir. Fondun baş direktoru Kevin Smit, aktivlərinin yarısını nağd şəkildə saxlayır, bir hissəsini isə gümüş və qızıla sərmayı qoyur. 

Smit öz strategiyasını Uorren Baffetin səhmdarlara göndərdiyi məktuvlar əsasında qurub. 

LongTail Alpha

“LongTail Alpha” Vineyera Bhansali tərəfindən idarə olunur. O, “Pimco” nun keçmiş rəhbəri olub. Fond cari ilin birinci rübündə 400% mənfəət əldə edib. 

Daha əvvəl fond səhm və istiqrazlara investisiya qoyduğunu açıqlamışdır. Nəticədə. bazardakı şok vəziyyətdən istifadə edib əhəmiyyətli qazanc əldə etmiş olub. 

Ruffer

“Ruffer” – Londonda yerləşən investisiya fondudur, koronavirus səbəbindən yaranan çaxnaşmalar dövründə 2,6 milyard dollar gəlir əldə edib. 

Fond çox vaxt “qorxu indeksi” adlanan derivativlərə sərmayə qoyur. 2,6 milyard dollarlıq gəlir “Ruffer” in itkilərini kompensasiya etdi. 

Odey Asset Management

“Odey Asset Management” – Krispin Odi tərəfindən idarə olunur. Verilən məlumata görə, fond mart ayında 20%, birinci rübdə isə 8,3% gəlir əldə edib. 

Krispin Odi əsasən genişmiqyaslı tendensiyalara bahis edərək, keçən ayda 16% gəlir qazanıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)