Valyuta hərracında dollara tələb kəskin artdı
Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
ENA.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Bankın məlumatına görə, hərracda dollara tələb aprelin 21-nə nisbətən 20,3 milyon ABŞ dolları və ya təxminən 52,3% artaraq 59,1 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.