Sağlamlıq

Almaniyada koronavirusa qarşı peyvəndin ilk klinik sınaqları təsdiqlənib

Paul Ehrlich adına Vaksin və Bioloji Təbabət Preparatları İnstitutu Almaniyada koronavirusa qarşı vaksinin ilk klinik sınaqlarına icazə verib.

Alman mətbuatı yazır ki, icazə vaksinin namizədə potensial faydası və riskinin dəqiq qiymətləndirilməsi nəticəsində verilib. "Preparatı hazırlayan BioNTech ilə ilkin intensiv elmi müzakirələr sayəsində Paul Ehrlich adına institut prosesi dörd günə yekunlaşdıra bilib”, - deyə institutun mətbuat xidməti bildirib.

Məlumatda qeyd olunur ki, potensial vaksinin insanlar üzərində test edilməsi ölkə əhalisi və bütün dünya üçün COVID-19 əleyhinə təhlükəsiz və effektiv preparatın hazırlanmasında mühüm mərhələdir.

Klinik sınaqların ilk mərhələsində 18-55 yaşarası 200 sağlam könüllü iştirak edəcək. Onların hər biri yüngül modifikasiya olunmuş bir neçə vaksin variantından biri ilə peyvənd olunacaq. Könüllülər bir müddət nəzarət altında saxlanılacaq və ardınca sınaqların ikinci mərhələsi başlayacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)