Sənaye

İstehsalçılar, nefti almaları üçün alıcılara pul ödəyirlər

Neftin qiyməti tarixdə ilk dəfə Bazar ertəsi günü sıfırdan aşağı düşdü.

Beynəlxalq enerji mütəxəssisləri bildirirlər ki, neft istehsalçılarının kranları bağlamaları (hasilatı dayandırmaları) asan deyil. Bu səbəbdən alıcı tapana qədər nefti yığmaq üçün bir yer tapmaları lazımdır.

Problem budur ki, hasil olunan nefti yığmaq üçün çox az anbar sahəsi qalıb. Buna görə istehsalçılar nefti almaları üçün alıcılara pul ödəyirlər. Bu səbəbdən mənfi qiymət yaranır.

Neft qiymətlərinin düşməsi iqtisadiyyatlara fərqli şəkildə təsir edir. Ucuzlaşma neft idxal edən ölkələrdə əhalinin xərcləmələrində artım olaraq əks oluna bilər. Dünyanın ən böyük neft idxalçısı Çindir. 

Neft istehsal və ixrac edən ölkələr neft qiymətlərinin düşməsinə qarşı həssasdırlar. Neft gəlirlərinin düşməsi cari əməliyyatlar hesabında kəsir yaradır. Yəni ölkədən çıxan valyutanın məbləği, daxil olan valyutanın məbləğini üstələyir. Bu ölkələr ya valyuta ehtiyatlarını xərcləmək ya da beynəlxalq təşkilatlardan borc almaq məcburiyyətində qala bilirlər. Digər bir yol milli valyutanı ucuzlaşdırmaqdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)