MALİYYƏ

Valyuta hərracı keçirildi - NƏTİCƏ

Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

ENA.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Bankın məlumatına görə, hərracda dollara tələb aprelin 16-na nisbətən 14,2 milyon ABŞ dolları və ya təxminən 26,8% azalaraq 38,8 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department