"İmtahanların qrafikində yenidən dəyişiklik edilib"
“Koronavirus pandemiyasının qarşısının alınması istiqamətində görülən tədbirlər nəticəsində ölkə ərazisində tətbiq olunan karantin rejimi mayın 4-dək uzadılıb. Ona görə də yanvar ayında elan edilən qrafikimizdə bir sıra müəyyən dəyişiklik etdik”.
ENA.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırda mart və aprel ayında olan imtahanlar keçirilməyib deyə qrafik üzərində yenidən işlənilməlidir: “Yəqin yeni qrafik yaxın 10 gün ərzində ictimaiyyətə təqdim olunacaq”.
DİM sədri qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan alınan məlumata görə mayın 4-dən sonra karantin rejimdən çıxmaq barədə qərar ola bilər: “Yalnız bundan sonra yeni qrafik barədə nəsə deyə biləcəyik”.