Aİ və “Şərq tərəfdaşlığı” ölkələri ümumi iqtisadi məkan yarada bilər
Avropa Parlamenti Avropa İttifaqı (Aİ) və “Şərq tərəfdaşlığı” ölkələri arasında ümumi iqtisadi məkanın yaradılmasını təklif etmək niyyətindədir.
ENA.az xəbər verir ki, bu barədə Azadlıq radiosunun Avropa bürosu məlumat yayıb.
Bu məsələ Avropa Parlamentində hazırlanan hesabatda əksini tapıb.
Sənəddə qeyd olunub ki, “Şərq tərəfdaşlığı”na üzv ölkələrlə ümumi iqtisadi məkanın yaradılması həmin ölkələrin Aİ-yə mərhələli şəkildə inteqrasiyasını nəzərdə tutur.
Hesabat yaxın həftələrdə Avropa Parlamentinin Xarici məsələlər üzrə komitəsində nəzərdən keçiriləcək və bu təşəbbüs may ayında plenar sessiyada səsverməyə çıxarıla bilər. Parlament üzvlərinin altı ölkənin – Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukraynanın Aİ-nin energetika, nəqliyyat birliyi və vahid rəqəmsal bazarına mərhələli inteqarasiyasını dəstəkləyəcəkləri gözlənilir.