Sağlamlıq

ÜST nümayəndəsi: “Şəxsi fikrim budur ki, COVİD-19-dan bir ildən tez xilas ola bilməyəcəyik”

"Pandemiyanın nə qədər davam edəcəyini heç kim bilmir. Amma yeni virus ortaya çıxanda dünyanı nə qədər tez dolaşırsa, insanlarda o qədər immunitet yaradır".

ENA.az xəbər verir ki, bunu REACT-C19 layihəsinin təqdimatında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndələrinin rəhbəri Hande Harmancı bildirib. O deyib ki, naməlum xəstəliklə qarşı-qarşıyayıq: "Şəxsi fikrim budur ki, bir ildən tez xilas ola bilməyəcəyik. Amma bu, bir il hamı evdən olacaq demək deyil, sadəcə, gündəmdən çıxmayacaq. Daha azalaraq gündəmdə qalacaq. COVID-19-da görürük ki, hazırlığımız doğru imiş. İndi respirator gigiyenaya daha yaxşı əmək edirik, nə qədər davam edəcəyi bilinmir. Bu xəstəlik hazırda həm soyuq, həm də isti iqlimin mövcud olduğu yerlərdə var".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department