Bank

Sədr: Banklarda yığılmış dollar vəsaitləri manata konvertə edilməlidir

“Bu gün banklarda 5 milyard manata yaxın izafi likvidlik mövcuddur”.

"BI" xəbər verir ki, bunu 9-cu Mikromaliyyə konfransının açılışında Azərbaycan Banklar Assosiasiyasının İdarə Heyətinin sədri Zakir Nuriyev bildirib.

Təcrübəli bankir qeyd edib ki, bu likvidliyin iqtisadiyyata, mikromaliyyə təşkilatlarına ötürülməsində çətinliklər var: "Təəssüf olsun ki, banklardakı 5 milyard manata yaxın likvid vəsaitin böyük hissəsi xarici valyutadadır. Son devalvasiyalar göstərdi ki, kreditlərin dollarda verilməsi müəyyən çətinliklər yarada bilir. Konfransda Palatanın rəhbərliyindən iştirak edən olduğunu nəzərər alaraq bildirmək istəyirəm ki, yığılmış dollar vəsaitlərinin Manata konvertasiyası və ya Manatla svop edilməsi kimi əməliyyatların aktivləşdirilməsi çox əhəmiyyətli olar. Çünki ölkədə vəsait çatışmazlığı deyil, yığılmış izafi vəsaitlərin iqtisadiyyata ötürülməsi problemi var”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department