BVF-dan 25 ölkəyə borc köməyi
Beynəlxalq Valyta Fondunun (IMF, BVF) 25 üzv ölkəyə təcili borc köməyi təmin edəcəyi açıqlanıb.
Beynəlxalq Valyta Fondunun sədri Kristalina Georgieva, yeni növ koronavirus (Covid-19) epidemiyasının mənfi təsirləri ilə mübarizəyə kömək olmaq məqsədilə, Fəlakət Təsirlərinin Məhdudlaşdırılması və Borcun Yüngülləşdirilməsi Fondu (CCRT) daxilində 25 üzv ölkəyə təcili borc köməyi təmin ediləcəyini bildirib.
ENA.az xəbər verir ki, Georgieva, söz mövzusu qərarın İdarə heyəti tərəfindən təsdiqləndiyini bildirib.
Açıqlamada təcili borc alacaq ölkələrin Əfqanıstan, Benin, Burkina Faso, Orta Afrika Respublikası, Çad, Komor Adaları, Demokratik Konqo Respublikası, Qambiya, Qana, Qvineya-Bisau, Haiti, Liberya, Madaqaskar, Malavi, Mali, Mozambik, Nepal, Niger, Ruanda, Sao Tome və Principe, Sierra Leone, Solomon Adaları, Tacikistan, Toqo və Yəmənin olduğu bildirilib.