Neft ucuzlaşmaqda davam edir
Dünya birjalarında neft ucuzlaşıb.
"BI" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,20 dollar və ya 0,37% azalaraq 54,43 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,18 dollar və ya 0,28% azalaraq 63,30 dollar təşkil edib.
















