ENA+

Trampın reytinqi rekord həddə çatdı

ABŞ prezidenti Donald Trampın yeni koronavirusun yayılması fonunda reytinqi andiçmə günündən bəri rekord həddə yüksəlib.

ENA.az “TASS”a istinadən xəbər verir ki, bunu, “Fox News”un aprelin 4-dən 7-dək keçirdiyi ictimai rəy sorğusunun nəticələri göstərir.

Belə ki, sorğunun nəticəsinə əsasən, Trampın fəaliyyətini 48% amerikalı dəstəkləyir. Bu, Tramp üçün indyədək rəy sorğularında əldə olunan ən yüksək göstərici sayılır.

Bundan başqa, respondentlərin 94% -i koronavirusdan narahat olduqlarını bildirib. Sorğuda iştirak edənlərin 76% -i yoluxmaqdan qorxduqlarını etiraf ediblər.

Sorğu ölkə daxilində təxminən 1 100 amerikalı arasında aparılıb. Onlara suallar telefonla verilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department