Sosial iqtisadiyyat

Bu taksi sürücüləri cərimələnəcək

"Bu gün təkcə Bakı şəhərində təxminən 30 minə yaxın taksi fəaliyyəti ilə məşğul olan şəxs var. Bunların da hamısına icazə verilə bilməz. Bunların da sayının məhdudlaşdırılması və minumuma endirilməsi ilə bağlı istər Bakı Nəqliyyat Agentliyinə, istərsə də Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə də müraciət olunub".

ENA.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.

"Bakı Nəqliyyat Agentliyindən yəqin ki, hansı taksilərin, kimlərə fəaliyyət göstərməyə icazə veriləcəyi bir neçə günə bilinəcək. Bildiyim qədər fərqlənmə nişanları olan insanları sayı çoxdur. Onu da nəzərə alaq ki, taksi fəaliyyəti ilə məşğul olmaq da çox risklidir. Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilən məlumata görə, Bakı şəhər istisna olmaqla respublika ərazisində taksi fəaliyyəti ilə məşğul olan 4 minə yaxın nəqliyyat vasitəsi var ki, onların fərqlənmə nişanı var. 

Nəqliyyat vasitələrindən hansında fərqlənmə nişanı olmadan taksi fəaliyyəti ilə məşğul olan şəxs karantin rejiminin pozulmasına görə məsuliyyətə cəlb ediləcəklər. Həmin sürücülər 100 manatdan 200 manatadək cərimə ediləcəklər" - deyə, K.Əliyev bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department