BİZNES

“Koronavirus”da itirməyən yeganə milyarder

Amazonun CEO-su Jeff Bezos dünyanın ən zəngin adamlarının beşliyində yer alan yeganə milyarder olub ki,  2020-ci ildə pul itirməyib. Onun kapitalı bu ildə 5,9 mlrd. dollar artıb və 121 mlrd. dollar təşkil edib.

Bu barədə Bloomberg Billionaires indeksinə istinadən  Business Insider məlumat verir.

​​​​​​​

Facebook təsisçisi Marc Zuckerberg kimi digər milyarderlər isə koronavirus səbəbindən pyl itiriblər.

Ümumilikdə isə Bezosdan başqa Billionaires indeksinin onluğunda ancaq Microsoftun baş direktoru, milyaredr Steve Balmer-in sərvəti 2019-cu ilin sonundakı göstərici ilə müqayisədə artıb. Zoom videokonfranslar xidmətinin rəhbəri Eric Yuanın sərvəti isə distant işə keçidlə əlaqədar olaraq 2020-ci ildə 4 mlrd. dollar olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)