Belarus Rusiyadan bareli 4 dollara neft alacaq
Belarus apreldə Rusiyadan 1 bareli, təxminən, 4 dollara olan qiymətlə 2 mln. ton neft almağı nəzərdə tutur.
“ENA”nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Belarusun Baş nazir Sergey Rumas bildirib.
"Belarus ümid edir ki, bu ay bir barelinin qiyməti təxminən 4 dollar olan 2 milyon ton həcmində Rusiya nefti alacaq”,- Baş nazir qeyd edib.