Dünya birjalarında neft bahalaşır - YENİ QİYMƏT
Dünya birjalarında neftin qiyməti artıb.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 2,11 dollar və ya 3,39% artaraq 22,42 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 3,08 dollar və ya 12,45% artaraq 27,82 dollar təşkil edib.