"Moody's" "Kapital Bank"ın reytinqini TƏSDİQLƏDİ
“Moody’s Investor Service beynəlxalq reytinq agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq “Kapital Bank”ın hazırkı kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (BCA) “b1” səviyyəsində təsdiqləyib.
Bu reytinq ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.
Dünyada yaranmış çətin iqtisadi vəziyyət, eləcə də koronavirus (COVID-19) pandemiyasının yayılması və neftin qiymətinin aşağı düşməsi səbəblərindən, Bankın reytinq proqnozu “neqativ” dərəcəsində müəyyənləşib.
“Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsi (BCA) “b1” olaraq təsdiqlənməsi, kəskinləşən xarici iqtisadi təzyiq şəraitində Bankın zərərə və neqativ təsirlərə tab gətirmək bacarığının göstəricisidir. 2019-cu ildə Bank 134,7 mln AZN məbləğində yüksək xalis mənfəət göstərib ki, bu da ümumi aktivlərin 3,3%-dir, həmçinin Bank-ın Tier 1 (kapitalın yetərliliyi) göstəricisi yüksək olaraq 14,9% təşkil edir”, - deyə hesabatda qeyd olunur.
Həmçinin, “Moody’s”in rəyində “Kapital Bank”ın korporativ idarəetmə qaydaları ilə bağlı narahatlığın olmadığı bildirilir.
Xatırladaq ki, Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.