Azərbaycanda pul bazası 2 milyard manat azalıb
![](https://ena.az/uploads/news/2020-04/_ena_a939b609c58019323de27cdf3_o.jpg)
Azərbaycanda pul bazası bu il martın 1-nə 10 066,9 milyon manat təşkil edib.
ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 2 045,4 milyon manat və yaxud 16,9% azdır.
Pul bazası ilin əvvəlinə nisbətən 1 476,5 milyon manat və yaxud 12,8% azalıb, son 1 ildə isə 1 120,6 milyon manat və yaxud 12,5% artıb.