Səudiyyə Ərəbistanı neft hasilatını artırır
Səudiyyə Ərəbistanı aprel ayı üzrə gündəlik neft tədarükünü 12,3 mln. barelə çatdırır.
ENA.az xarici KİV-ə istinadən xəbər verir ki, fevral ayında isə bu göstərici 9,7 mln. barel/gün olub.
Mart ayının ilk üç həftəsində Səduiyyə Ərəbistanı gündəlik 7 mln. barel neft ixrac edib. Mart ayının dördüncü həftəsində isə gündəlik neft ixracı 9 mln. barelə yüksəlib.
Qeyd edək ki, OPEC+ sazişi çərçivəsində mart ayının əvvəlində razılığın əldə olunmamasından sonra Səudiyyə Ərəbistanı neftin satış qiymətində kəskin endirim edib.
OPEC+ ölkələri üzrə gündəlik neft hasilatının 1,7 mln. barel azaldılması ilə bağlı 2019-cu ilin dekabrın 6-da imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin icrası ötən gün başa çatıb. OPEC-ə üzv və bəzi qeyri-OPEC ölkələri neft hasilatının azaldılması ilə bağlı sazişdə 2016-cı ildən əməkdaşlıq edib.