Azərbaycana pul köçürmələrinin həcmində 2 dəfəlik müsbət saldo yaranıb
AMB: 2019-cu ildə pul köçürmələri üzrə müsbət saldo $503 milyonu ötüb.
2019-cu ildə Azərbaycana pul köçürmələri 2018-ci illə müqayisədə 13,5% azalıb, xaricə pul köçürmələri isə 19,3% artıb. Ümumilikdə köçürmələrdəki saldo isə Azərbaycanın xeyrinə olub və 503,2 milyon dollar təşkil edib.
Belə ki, 2019-cu ildə Azərbaycana pul köçürmələri 934,3 milyon dollar təşkil edib ki, bu da 2018-ci ilin göstəricisindən 13,5% azdır.
Hesabat dövründə Azərbaycandan xaricə pul köçürmələri 19,3% - 431,1 milyona qədər artıb.
Beləliklə, Azərbaycana pul köçürmələrinin həcmi xaricə köçürmələrin həcmini 2,2 dəfə üstələyib.
Nəticədə 2019-cu ildə pul köçürmələri üzrə müsbət saldo 2018-ci ildə qeydə alınmış $718,3 milyona qarşı $503,2 milyon (azalma 30%) təşkil edib.