Marketinq və reklam

“Initiative”: Özünütəcridə adaptasiya olmaq: İstehlakçı davranışları necə dəyişir və reklam bazarını nə gözləyir?

ADV qrupuna daxil olan Initiative agentliyi COVID-19 fonunda, istehlakçıların özünütəcridə adaptasiya olmağını və yeni yollar axtarmalarını, brendlərin isə bu qeyri-müəyyən və dəyişikliklər fonunda aktual qalmaq üçün nə etməlidirlər? sualını araşdırıb.

Eqor Bormusov, Initiative-in baş direktoru:

Dünya görünməmiş COVID-19 pandemiyası ilə üzləşdi. Rusiya üçün iqtisadi böhran fonunda daha da ağırlaşır. Faktiki olaraq biz “İdeal Fırtına”ya tuş gəldik. Mövcud böhran, “post-koronavirus dünyasında” heç bir yerdə yoxa çıxmayacaq istehlakçılar arasında yeni davranış normaları və meylləri meydana gətirməsi ilə unikaldır. Rusiyadan öncə pandemiyanın müşahidə edildiyi ölkələrin təcrübəsi Rusiyada da istehlakçı davranışlarının dəyişməsini proqnozlaşdırmağa imkan verir. Hətta güman edilir ki, belə davranışlar pandemiyadan sonra da davam edəcək.

Hansı sahələr əlavə inkişaf üçün təkan alacaq?

Е-commerce. İndi Rusiyada müşahidə edilən onlayn pərakəndə satışlarında müşahidə edilən böyük artım təəccüblü olmamalıdır. Bu, mövcud vəziyyətə, təcrid olunmağa uyğunlaşma kimi izah edilə bilən məntiqi nəticəsidir. IPG Mediabrands-ın məlumatına görə, mövcud mənzərə, onlayn alıcıların sayında yüksək artım, dünyanın digər ölkələrində də müşahidə olunur.

Epidemiyanın ən pik vaxtlarında Çində onlayn alışlar 30% artım göstərmişdi, təzə məhsulların onlayn satışları üzrə artım isə 150% olmuşdu. Nielsen-in məlumatına görə isə Avstraliyada FMCG məhsulları təkcə fevralda 45% artıb.

Çində bir çox fitness-klublar özünütəcrid məsələsi aktual olan günlərdə, onlayn məşğələlər təşkil etməyə başladılar, çox güman ki, yaxın zamanda oxşar mənzərə Rusiyada da müşahidə ediləcək. Onlayn-ekskursiyalar, konsertlər, muzeylər, istehlakçıların yeni reallıqlarına adaptasiya olurlar. Məsələn, yaxın zamanda «Би-2»-nin onlayn konserti 2,5 milyondan çox nəhəng bir auditoriya topladı.

Çinin onlayn pərakəndəçisi JD-nin məlumatına görə, krizis dövründə saçların kəsimi üçün maşın, manikur dəsti, qadınlar üçün təmizləyici vasitələr, saç üçün boya satışlarda 30%-lik artım müşahidə edilib.

İstehlakçıların belə bir davranışını görən marka, evdə makyaj, şəxsi qulluq ilə bağlı kontent hazırlamağa başladı. Bütün gözəllik salonları isə onlayn və striminq platformalarına keçid etdi. Bu isə onu göstərir ki, istehlakçıların əsas ehtiyacları yox olmayacaq, ancaq xidmətlər üzrə istehlak formalarında dəyişiklik olacaq.

Sözün əsl mənasında e-idman və onlayn-qeyminq əhatə dairəsi genişlənəcək və yeni auditoiya qazanacaq. Məsələn, App Anie-nin məlumatına görə, Çində fevralın ilk yarısında əyləncəli platformaların yüklənməsində 40%-lik artım olub. Liderlik oyunlarındır. Douyin-in məlumatına görə, 2020-ci ildə Honor of Kings və League of Legends-in auditoriyası 2019-cu il ilə müqayisədə 2 dəfə artıb.

İdman tədbirlərinin olmaması səbəbindən e- idman hazırda ən perspektivli sahə olaraq qalır. İndi bir çox mərc şirkətləri diqqəti bu sahəyə yönəldəcəklər. Məsələn, son bir ayda Twitch (videostriminq xidməti, kompüter oyunları və e-idman tədbirləri üzrə ixtisaslaşan) platformasına ziyarətçi axını 20% artıb. AR-texnologiyaları sahəsində inkişaf qaçılmazdır, xüsusilə real-life/physical trial — geyim, kosmetika, ev interyeri, avtomobil sənayesi üzərində bunu tətbiq etmək olar.

Brendlər isə yuxarıda yazılanların fonunda bunları nəzərə almalıdırlar:

- İstehlakçını yeni təcrid reallığına uyğunlaşdıran, əylənməyə və maariflənməyə kömək edən rəqəmsal təcrübə yaratmalıdır;

- İnternetdə brendlər ilə müştəri arasında qarşılıqlı əlaqənin təminatı üçün yüksək texnologiyaların yeni formatı yaranacaq. Yeni şəraitə uyğunlaşmaq, aktual qalmaq üçün onlardan düzgün istifadə etmək də vacibdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)