"Lamborghini" tibbi maskalar buraxacaq
![](https://ena.az/uploads/news/2020-04/_ena_3bc50420cc561ac27b37c80da_o.jpg)
İtaliyanın idman avtomobilləri istehsalçısı şirkəti "Automobili Lamborghini" Sant-Aqatadaki zavodunun emalatxanalarının bir hissəsində tibbi maskalar buraxılacağını bəyan edib.
ENA.az xəbər verir ki, bu barədə şirkətin saytında xəbər verilib.
Tibbi qorunma vasitələri Bolonyadakı Sant Orsola-Malpigi xəstəxanası üçün emal ediləcək.
"Hər gün pandemiya ilə ön cərgələrdə döyüşdə olanlarla ittifaqda işləyərək və dəstəkləyərək bu müharibəyə qalib gələcəyik", - şirkətin baş direktoru Stefano Domenikale deyib.
Zavodun gündə 1000 maska və 200 digər qoruyucu vasitələr istehsal edəcəyi gözlənilir.